Bu il dekabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 786,3 milyon manat təşkil edib.
Eləcə də bax: AMB: "Kredit faizləri dəyişməmiş, depozitlər üzrə faizlər artıb"
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının bildirdiyinə görə, bu, noyabrın 1-i ilə müqayisədə 3,6% azdır.
Problemli kreditlər ilin əvvəlinə nisbətən 12%, son 1 ildə isə 14,8% azalıb.
Noyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 4,7% təşkil edib. Bu nisbət oktyabrın sonuna 5%, ötən ilin sonuna 6,1%, ötən noyabrın sonuna 6,3% olub.