"Dekabrın ötən dövründə kreditlər üzrə faizlər əhəmiyyətli dəyişməmiş, depozitlər üzrə faizlərin müəyyən qədər artması isə yığımı dəstəkləmişdir".
Eləcə də bax: Təcili: Mərkəzi Bank uçot dərəcəsini - ARTIRIB
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının "Faiz dəhlizinin parametrləri haqqında" açıqlamasında bildirilir.
Qeyd edilib ki,ptən iclaslarda qəbul edilən pul siyasəti qərarları müəyyən zaman intervalı ilə monetar amillərin inflyasiya üzərində məhdudlaşdırıcı təsirlərini gücləndirməkdədir.
Qiymətləndirmələrə görə inflyasiyanın formalaşmasında monetar amillərin payı 10%-dən də aşağıdır və azalma meyillidir. Başlıca balanslaşdırıcı rola malik olan məzənnə dayanıqlığı xarici mənşəli inflyasiyanı və gözləntiləri əhəmiyyətli dərəcədə neytrallaşdırmaqdadır.
Monetar şəraitin inflyasiyaya balanslaşdırıcı təsirlərinin gücləndirilməsi pulun həm kəmiyyəti, həm də dəyəri vasitəsilə reallaşmaqdadır. İlin əvvəlindən pul bazası cəmi 5.1% artmışdır.
Dekabrın ötən dövründə banklararası REPO əməliyyatları üzrə orta faiz dərəcələrində cüzi artım qeydə alınmışdır. Kreditlər üzrə faizlər əhəmiyyətli dəyişməmiş, depozitlər üzrə faizlərin müəyyən qədər artması isə yığımı dəstəkləmişdir.
Bank sistemi üzrə kredit portfeli noyabrda 1.8%, ümumilikdə 11 ayda 15% artmışdır. Bu artım əsasən artan depozitlər hesabına maliyyələşdirilir. Noyabrda manatla depozitlər əvvəlki aya nəzərən 3.5%, ilin əvvəlinə nəzərən 29% (2.8 mlrd. manat) artmışdır.
İlin ötən dövründə dövlət büdcəsi profisitli olmaqla pul bazasının artımına məhdudlaşdırıcı təsir etmişdir ki, bu da anti-inflyasiya effekti vermişdir. İlin qalan dövründə büdcə xərcləmələrində aktivləşmə gözlənilsə də onun monetar şəraitə təsirlərinin növbəti ilə keçəcəyi proqnozlaşdırılır. (Marja)