Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 1 062,4 milyon manat təşkil edib.
Eləcə də bax: Problemli kreditlərin məbləği - AÇIQLANDI
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 0,3% azdır.
Problemli kreditlər ilin əvvəlinə nisbətən 16,6%, son 1 ildə isə 28,6% azalıb.
İyulun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 7,3% təşkil edib. Bu nisbət iyunun sonuna da 7,3%, ötən ilin sonuna 8,3%, ötən il iyulun sonuna isə 10,9% olub. (Report)