2021-ci ildə Azərbaycanda 55 sərbəst auditorun və 142 auditor təşkilatının (o cümlədən 4 böyük dördlük və 14 xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatı) auditor fəaliyyətini həyata keçirmək hüququ olub.
Eləcə də bax: Auditorlar Palatası 3 şirkəti bazardan - KƏNARLAŞDIRIB
FED.az bu barədə Auditorlar Palatasına istinadən xəbər verir.
Məlumata görə, ötən il 5 auditor təşkilatı və 4 sərbəst auditorun öz ərizələrinə əsasən, 6 auditor təşkilatı və 2 sərbəst auditorun isə Şura qərarına əsasən auditor fəaliyyətini həyata keçirmək hüququ müvəqqəti dayandırılıb.
Həmçinin 5 auditor təşkilatı və 1 sərbəst auditorun auditor fəaliyyətini həyata keçirmək hüququ bərpa edilib, 19 auditor təşkilatına və 8 sərbəst auditora auditor fəaliyyətini həyata keçirmək hüququ verilin, 1 auditor təşkilatı və 1 sərbəst auditorun auditor fəaliyyətini həyata keçirmək hüququnun müddəti bitib. (Report)