Auditorlar Palatası üzvlük haqqını ödəmədiyinə görə 3 auditor təşkilatının fəaliyyətini dayandırıb.
Eləcə də bax: Auditorlar Palatası Şurasının gələn il üçün iş planı - TƏSDİQ EDİLİB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunlar “ASON Audit”, “EON Audit” və "PREMİUM Audit" MMC-lərdir.
"Auditor xidməti bazarında haqlı rəqabətin təmin olunması, sifarişçilərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, bu sistemdə şəffaflığın təmin edilməsi və korrupsiya hallarının aradan qaldırılması ilə əlaqədar audit sifarişçilərinin mənafelərinin qorunması məqsədilə onların risk qrupunda olmaları nəzərinizə çatdırılır", - deyə Palata bəyan edib.