2020-ci il ərzində Azərbaycanda 12,2 milyard manat məbləğində investisiya qiymətli kağızlarının dövlət qeydiyyatı həyata keçirilib.
Eləcə də bax: Hökumət ötən il sakitcə - 100 MİLYON DOLLARLIQ İSTİQRAZ BURAXIB – MƏLUMAT AÇIQLANMIR
FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 1,291 milyard manatı (11 %-i) 41 korporativ istiqrazların buraxılışının, 0,766 milyard manatı (6 %-i) 119 səhm buraxılışının, 10,115 milyard manatı (83 %-i) isə dövlət qiymətli kağızlarının buraxılışının payına düşür.
Dövlət qiymətli kağızlarının 7,19 milyard manatı AMB-nin qısamüddətli notlarının buraxılışının, 2,925 milyard manatı isə dövlət istiqrazlarının buraxılışının qeydiyyatı ilə əlaqədar olub. (Report)