Dövriyyələrin leqallaşması və təsərrüfat subyektlərinə onlayn nəzarət üçün innovativ alət olan yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi nəticəsində bu ilin iki ayı ərzində onlayn kassa üzrə dövriyyələrdə ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 41,7% artım müşahidə olunub.
Eləcə də bax: Azərbaycanda e-ticarətlə ödənişlər 6 mlrd. manatı keçdi - REKORD
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.