2021-ci ildə plastik kartlarla nağdsız ödənişlərin həcmi Azərbaycanda tarixi maksimum yeniləməkdə davam edir. Artım həm POS-terminallar üzrə nağdsız və elektron ticarətlə artım nümayiş etdirib.
Eləcə də bax: Azərbaycanda nağdsız ödənişlərin həcmi - 10 Mlrd. Manata Yaxınlaşır
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının bildirdiyinə görə, ölkədə POS-terminallarla aparılan əməliyyatların həcmi ilin ilk 11 ayında 381 mln. manat olmuşdur. Bu da son bir ayda 32 mln. manat, yaxud 9.1% artımdır. Cari ilin ilin əvvəlindən noyabr ayının sonuna qədər isə POS-terminallarla 3 501 mln. manatlıq nağdsız əməliyyat aparılıb. Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 84% artım deməkdir.
ATM-lərlə isə aparılan nağdsız əməliyyatlar 2 mln. həcmində olduğu göstərilir.
Son illərdə əsas artım dinamikasının müşahidə edildiyi elektron ticarətin həcmi son aylıq müqayisədə 111 mln. manat, yaxud 13.9% artımla 914 mln. manata çatıb. İlin ilk 11 ayında isə 6 132 mln. manat olmuşdur, bu da 2020-ci ilin eyni dövründən 78% artım deməkdir.