Azərbaycanda ödəniş kartlarının ümumi sayında artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin dekabrın 1-nə ödəniş kartlarının ümumi sayı 16 milyon 565 min ədəd olub.
Bu da illik müqayisədə 3 milyon 87 min (22,9%) , aylıq müqayisədə 355 min ədəd (2,2%) artım deməkdir.
Belə ki, 2022-ci ilin dekabrın 1-nə ödəniş kartlarının ümumi sayı 13 milyon 478 min ədəd, cari ilin noaybrın 1-nə 16 milyon 210 min ədəd olub.