Bu il dekabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,52 bənd təşkil edib.
FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, noaybrın 1-i ilə müqayisədə 0,10 bənd az (2,8%), ötən ilin dekabrın 1-nə nisbətən isə 1,01 bənd (22,3%) azdır.
Belə ki, bu ilin noyabrın 1-nə manatın dövretmə sürəti 3,62, ilin əvvəlində 4,02, keçən il dekabrın 1-nə 4,53 bənd təşkil edib.