Bu ilin yanvar-may aylarında Azərbaycanda debet və kredit kartları vasitəsilə 3,489 mlrd. manat həcmində nağdsız ödənişlər həyata keçirilib.
Eləcə də bax: Azərbaycan əhalisinin bank əmanətləri ilin əvvəlindən - 5,6% Artıb
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatlarına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 55,1% çoxdur.
Sözügedən nağdsız ödənişlərin 206 mln. manatı ATM-lər vasitəsilə, 1,437 mlrd. manatı POS-terminallar vasitəsilə, 1,846 mlrd. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.
Təkcə mayda isə 755 mln. manatlıq nağdsız ödənişlər həyata keçirilib və bu aprel ayı ilə müqayisədə 3% çoxdur. May ayında nağdsız ödənişlərin 48 mln. manatı ATM-lər vasitəsilə, 313 mln. manatı POS-terminallar vasitəsilə, 394 mln. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.
Qeyd edək ki, mayda ATM-lər vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmində rekord qeydə alınıb.