Bu ilin iyunun 1-nə Azərbaycan əhalisinin ölkə banklarındakı əmanətlərinin həcmi 8 635,2 mln. manat təşkil edib.
Eləcə də bax: Azərbaycanın bank sektorunun xalis mənfəəti - 13% Azalıb
FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, ölkə əhalisinin banklardakı əmanətləri son bir ayda 3,4%, ötən ilin eyni dövrünə nisbətən isə bu göstərici 12,7% artıb.
Qeyd edək ki, ilin əvvəli ilə müqayisədə isə bu göstərici 5,6% artıb. (Apa)