Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda debet və kredit kartları vasitəsilə 7,214 mlrd. manat həcmində nağdsız ödənişlər həyata keçirilib.
Eləcə də bax: Azərbaycan əhalisinin bank əmanətlərinin həcmi - ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında aparılan hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67,3% çoxdur.
Sözügedən nağdsız ödənişlərin 455 mln. manatı ATM-lər, 2,771 mlrd. manatı POS-terminallar, 3,988 mlrd. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.
Təkcə sentyabrda isə 1,109 mlrd. manatlıq nağdsız ödənişlər həyata keçirilib ki, bu da avqust ayı ilə müqayisədə 23,1% çoxdur. Sentyabrda nağdsız ödənişlərin 67 mln. manatı ATM-lər, 332 mln. manatı POS-terminallar, 710 mln. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.
Qeyd edək ki, sentyabrda ATM-lər vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi aylıq rekordu yeniləyib.