Bu ilin oktyabrın 1-nə Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 8,838 mlrd. manat təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 8,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 12,8% çoxdur.
Eləcə də bax: Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi - 5,5%-ə DÜŞÜB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, bu göstərici son bir ayda 3,3% artıb.