Bu ilin yanvar-aprel aylarında Azərbaycanda debet və kredit kartları vasitəsilə 2,734 mlrd. manat həcmində nağdsız ödənişlər həyata keçirilib.
Eləcə də bax: Nağdsız valyuta bazarında aparılmış əməliyyatların - Həcmi Azalıb
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında aparılan hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53,3% çoxdur.
Sözügedən nağdsız ödənişlərin 158 mln. manatı ATM-lər vasitəsilə, 1,124 mlrd. manatı POS-terminallar vasitəsilə, 1,452 mlrd. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib. (Apa)