Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 5,194 milyard manat məbləğində nağdsız əməliyyat aparılıb.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61% çoxdur.
Eləcə də bax: Azərbaycanda ödəniş xidməti göstərən təşkilatların fəaliyyəti - Lisenziyalaşdırılacaq
7 aylıq məbləğin 2,773 milyard manatını elektron ticarət, 2,105 milyard manatını POS-terminallarla aparılan əməliyyatar, 0,316 milyard manatını isə bankomatlarla aparılan əməliyyatlar təşkil edib. (Renkinq)