Azərbaycanda ödəniş xidmətləri göstərən təşkilatlara yeni tələblər qoyulacaq.
Eləcə də bax: Qiymətləndirmə sahəsində yeniliklər – LİSENZİYA TƏLƏBİ, QİYMƏTLƏNDİRİCİLƏR PALATASI
FED.az xəbər verir ki, bu tələblər yeni “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinin gələn ilin əvvəlinə qüvvəyə minməsi gözlənilir. Qanun qəbul olunduqdan sonra, ödəniş xidmətləri göstərən təşkilatlar mütləq şəkildə lisenziyalaşdırılacaq.
Hazırda bu təşkilatların fəaliyyəti qanunla tənzimlənmir və ödəniş xidmətləri göstərmək üçün lisenziya tələb olunmur. Qanun qüvvəyə mindikdən sonra, ödəniş xidmətləri göstərən təşkilatlara qarşı müəyyən tələblər irəli sürüləcək və onlara vaxt veriləcək ki, bu tələblərə, texniki şərtlərə uyğunlaşsınlar. Bütün tələblərə cavab verdikdən sonra təşkilatlar lisenziya almaq üçün müraciət edə biləcəklər. Lisenziyası olmayan ödəniş sistemlərin fəaliyyəti dayandırılacaq. (Apa)