Bu ilin oktyabr ayı ərzində Azərbaycanda dövriyyədə olan kredit kartları ilə 156 mln. manat həcmində əməliyyatlar həyata keçirilib.
Eləcə də bax: Azərbaycanda bank kartlarının sayı - 9 Milyonu Keçir - REKORD
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, əməliyyatların həcmi əvvəlki ayla müqayisədə 12,8% azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 7,6% artım qeydə alınıb.
Oktyabr ayı ərzində həyata keçirilən ölkədaxili əməliyyatların 42 mln. manatı ATM, 59 mln. manatı POS-terminal vasitəsilə həyata keçirilən, 38 mln. manatı elektron ticarət əməliyyatlarının payına düşüb.
Beləliklə, ölkədaxili əməliyyatların həcmi 157 mln. manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 11,5% az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 13,9% çoxdur.
AMB-nin məlumatına əsasən, ölkə xaricində kredit kartları ilə hesabat ayında 17 mln. manat əməliyyat həyata keçirilib. Bu da əvvəlki ayla müqayisədə 22,7%, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 26,1% azalıb.
Qeyd edək ki, bu ilin noyabrın 1-nə ölkədə dövriyyədə ümumi olaraq 1,066 mln. vahid kredit kartı var. Bu illik müqayisədə 40,6%, aylıq müqayisədə isə 0,8% çoxdur. Kredit kartları dövriyyədə olan ödəniş kartlarının ümumi sayında 11,7% paya malikdir.
(Apa)