Azərbaycanda bank kartlarının sayı tarixdə ilk dəfə 9 milyon ədədi ötüb.
Eləcə də bax: Kredit kartlarının sayı 1 milyonu keçdi
FED.az Banker.az-a istinadən xəbər verir ki, 1 noyabr 2020-ci il tarixinə olan məlumata görə, ölkədə bank kartlarının sayı 9 milyon 126 min ədəd olmuşdur. Bu isə son bir ay ərzində 159 min ədəd artım (1.8%), illik isə 1 milyon 990 min ədəd artım (27.9%) artım olması deməkdir.
Son bir ayda bank karlarının artımına səbəb Mərkəzi Bank tərəfindən qeyd edilən “digər kartlar”dır. Belə ki, son ayda sosial kartların sayı 16 min ədəd artmaqla 3 milyon 424 min ədəd olması, əmək haqqı kartlarının 7 min ədəd artmaqla 2 milyon 480 min ədəd olması, digər kartların 127 min ədəd artmaqla 2 milyon 156 min ədəd olması və kredit kartlarının 9 min ədəd artmaqla 1 milyon 66 min ədəd artmaqla cəmi saya mühüm təsir edib.
Lakin, kartların sayının artmasına rəğmən, kartlarla aparılan əməliyyatların sayında azalma müşahidə edilmişdir. Oktyabrda bank kartları ilə aparılan əməliyyatların sayı 19 milyon 097 min ədəd olmaqla 2 379 milyon manatı əhatə edib. Əməliyyatın həcmi son bir aylıq müqayisədə 46 milyon manat azalmışdır.