Cari ilin 1-ci yarımilinin sonuna olan göstəricilərə əsasən, Azərbaycanda bank müştərilərinin hesablarının sayı ötən ilin ilk yarımili ilə müqayisədə 6% artaraq 29 mln. 61 min 310 təşkil edib. Bu ilin iyul ayında açılan bank hesablarının sayı 149 min 662 olub.
Eləcə də bax: Azərbaycanda girov qoyulan əmlaklar – KƏSKİN ARTDI - ƏMLAKLAR, REGİONLAR - AÇIQLANDI
FED.az Banker.az-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bank hesablarının 81.9%-i cari hesablar, 17.2%-i kredit hesabları, 0.9%-i isə depozit hesablarıdır.
Mərkəzi Bankın yarımillik hesabatına əsasən, cari hesabların 98.8%-i fiziki şəxslərə (onun da 2.9%-i fərdi sahibkarlara), qalan hissəsi isə hüquqi şəxslərə aiddir.
Qeyd edək ki, illik müqayisədə hesabat dövründəki cari hesabların sayı 2.8%, kredit hesablarının sayı 24%, depozit hesablarının sayı 13.8% artıb. Fiziki şəxslərin hesablarının sayında 2.7%, fərdi sahibkarların hesablarının sayında 28.7%, hüquqi şəxslərin bank hesablarının sayında isə 13.4%-lik artım var.