Bu ilin aperlin 1-nə Azərbaycandakı bankların kredit portfelinin həcmi ilin əvvəlindən 5,2% artaraq 17,528 mlrd. manat təşkil edib.
Eləcə də bax: Aktivlərindən ən yaxşı istifadə edən banklar - SİYAHI-CƏDVƏL
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, portfelin əsas hissəsini (58,1%) təşkil edən biznes kreditlərinin həcmi ilin əvvəlindən 4,5% artaraq 10,182 mlrd. manat təşkil edib.
Ümumi portfelin 27,6%-ini təşkil edən istehlak kreditləri isə ilin əvvəlindən 6,9% artaraq 4,831 mlrd. manata çatıb.
İpoteka kreditlərinə gəldikdə, onların ümumi portfeldə payı 14,3% təşkil edib və ilin əvvəlindən bu növ kreditlərin həcmi 4,7% artaraq 2,515 mlrd. manat olub. (Apa)