2023-cü ilin I rübündə İpoteka və Kredit Zəmanət Fondu (İKZF) vəsaiti və bankların daxili resursları hesabına verilən ipoteka standartları üzrə yumşalma tempində səngimə müşahidə edilib.
Banklar kredit tələbinin artacağını gözlədiklərini bildiriblər - SORĞU
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının keçirdiyi kreditləşmə fəaliyyətinə dair sorğuda bildirirlir.
Qeyd edək ki, cari ilin I rübü ərzində İKZF hesabına verilən ipoteka kreditlərinə tələb əhəmiyyətli dərəcədə artmış, bankların daxili resursları hesabına verilən ipoteka kreditlərinə tələbdə isə dəyişiklik olmayıb.
Banklar 2023-cü ilin II rübündə həm İKZF, həm də daxili resurslar hesabına veriləcək kreditlərə tələbin yüksək olmasını və kredit siyasətinin yumşalacağını gözləyirlər. (Apa)