Bu ilin fevralın 1-nə Azərbaycanda inşaat və tikinti sektoruna kredit qoyuluşlarının həcmi 688 mln. manat təşkil edib.
Eləcə də bax:Mikro sahibkarların kreditləşməsi - Rekord Yenilədi
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının hesabatına görə, bu, 2017-ci ilin iyun ayından bəri qeydə alınmış ən yüksək göstəricidir. Son bir ayda sözügedən kreditlərin həcmi 30,5%, son bir ildə isə 48,1% artıb.
Qeyd edək ki, sözügedən sahəyə yönəldilən kreditlər ümumi ölkə üzrə kredit qoyuluşlarının 4,7%-ni təşkil edib. Bu, illik müqayisədə 1,7 faiz bənd çoxdur. (Apa)