2021-ci ilin 1 mart tarixinə Azərbaycanda fərdi sahibkarlara (mikro) banklar tərəfindən verilən kreditlərin portfelinin həcmi tarixi rekordla 900 milyon manatı ötüb keçib.
Eləcə də bax: Fərdi sahibkar olan bank müştərilərinin sayında - Tarixi Rekord
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Məlumata görə, son bir ayda ev təsərrüfatına daxil olan bu sahibkarlara 46.9 milyon, yaxud 5.4% artmaqla 917.4 milyon manata yüksəlib.
Fərdi sahibkar – fiziki şəxs hüquqi şəxs yaratmadan gəlir əldə etmək məqsədilə müstəqil qaydada, xüsusi mülkiyyətinə əsaslanaraq, risk və məsuliyyəti öz üzərinə götürməklə fəaliyyət göstərir.
Son bir ildə isə bu sahibkarlara verilən kreditlərin həcmi 270.4 milyon və ya 41.8% artmışdır.
Bu kredit portfelinin 845.9 milyon manatı milli valyutada, 71.5 milyon manatı isə xarici valyutada verilib. Manatda olan kreditlərin 779.5 milyon manatı uzunmüddətlidir.
Qeyd edək ki, bu statistikada bank olmayan kredit təşkilatlarının verdikləri kreditləri daxil edilmir.