Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 506,780 milyon manat təşkil edib.
Malın gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair - QAYDALAR HAZIRLANACAQ
FED.az DGK-ya istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 25,5 % çoxdur.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 29,4 % artaraq 121,933 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 22,8 % artaraq 365,562 milyon manat, aksizlər üzrə daxilolmalar 77 % artaraq 14,841 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 18,9 % artaraq 4,4 milyon manat olub. (Report)