Malın gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar hazırlanacaq.
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqinə dair fərman imzaladığı “Gömrük tarifi haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydaları üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.