Bu ilin yanvar-iyul aylarında Azərbaycanda cari hesabın başlıca komponenti olan xarici ticarət balansının profisiti 7 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artıb.
Eləcə də bax: Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti - 5,5 DƏFƏ ARTIB
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.
"Tədiyə balansı məlumatlarına görə I yarımillikdə cari əməliyyatlar hesabında ümumi daxili məhsulun 27,6%-i səviyyəsində profisit olub. Əsas ixrac məhsullarının yüksək dünya qiymətləri, qeyri-neft ixrac potensialının reallaşması, eləcə də ölkəyə daxil olan pul baratlarının artması iri həcmli cari hesabın formalaşmasına şərait yaradır.
Proqnozlara görə cari ilin yekunu ilə yanaşı, 2023-cü ildə də cari əməliyyatlar hesabı profisitli olacaq. Beynəlxalq təşkilatların proqnozlarına əsasən növbəti ildə də Azərbaycanın ixracının əsasını təşkil edən məhsulların dünya qiymətləri yüksək qalacaq", - deyə məlumatda qeyd olunub. (Report)