Azərbaycanda fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılacaq.
Eləcə də bax: DSMF-nin gəlirləri 9%, xərcləri 2,7% - ARTIB
FED.az xəbər verir ki, bununla bağlı “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə qanunun 4-cü maddəsinin 1-ci bəndi yeni redaksiyada verilir. Yeni redaksiyaya əsasən fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılacaq.
Qanunun hazırkı 4.1-ci bəndi belədir: "Dövlət sosial sığorta sistemində fərdi uçotu məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı aparır".
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib. (Report)