2021-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 5 milyard 178 milyon manat təşkil edib.
Eləcə də bax: DSMF sədri pensiyalarda nəyin dəyişdiyini - İZAH ETDİ
FED.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci il üzrə hesabatında əksini tapıb.
Qeyd edilib ki, bu da 2020-ci ilin müvafiq dövri ilə müqayisədə 429 milyon manat və ya 9 faiz çoxdur.
Bildirilib ki, 2021-ci ildə DSMF-nin ümumi xərcləri 4 milyard 843,01 milyon manat olub. Bu da 2020-ci ilin müvafiq dövri ilə müqayisədə 131,88 milyon manat və ya 2,7 faiz çoxdur. (Apa)