Azərbaycanda ev təsərrüfatlarının kredit borcu açıqlanıb.
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2022-ci ilin yanvar-avqust aylarının yekununa ev təsərrüfatlarının kredit borcu 10 milyon 328 milyon manata yüksəlib. Təkcə son bir ayda ev təsərrüfatlarının kreditlərinin həcmi 220 milyon manat, son bir ildə isə 2 milyard 636 milyard manat və ya 34% artıb.
Ev təsərrüfatlarının kreditləri ölkə bankların ümumi kredit portfelində 54% paya malikdir.