Bu ilin may ayında banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit qoyuluşları ilin əvvəlinə nəzərən 8,5 %, ötən ilin eyni ayına nəzərən isə 23,3 % artıb.
Eləcə də bax: Təcili: Azərbaycan Mərkəzi Bankı faiz qərarını - AÇIQLADI - TAM MƏTN
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Bildirilir ki, kredit qoyuluşlarının artım tempi yüksəlməkdədir: "Ev təsərrüfatlarına verilən kreditlərin artım tempi ümumilikdə kredit qoyuluşlarının artım tempini üstələyir".
AMB əlavə edib ki, bank sisteminin likvidlik mövqeyində struktur profisitinin azalması milli valyutada risksiz alətlər bazarındakı faizlərin artımı ilə müşayiət olunur. (Report)