Cari ilin noyabrın 1-nə ayında Azərbaycanda ev təsərrüfatlarına verilən kreditlərin həcmi 13 milyard 19,1 milyon manat təşkil edib.
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2022-ci illə müqayisədə 2 milyard 129,4 milyon manat və ya 19,6% çoxdur.
Belə ki, ötən ilin eyni dövründə bu göstərici 10 milyard 889,7 milyon manat olub.
Aylıq müqayisədə 73,2 milyon (0,6%) artım baş verib.
Oktyabrın 1-nə ev təsərrüfatları üçün kreditlərin məbləği 12 milyard 945,9 milyon manat təşkil edib.