Azərbaycanda ən yüksək faiz dərəcəsi olan kreditlər kredit kartları ilə verilir.
Eləcə də bax: Kredit kartları maaş kartlarından daha çox - ARTIB
FED.az xəbər verirki, bu – Azərbaycan Mərkəzi Bankının istehlak kreditləri ilə bağlı açıqladığı göstəricilərdən məlum olub.
AMB-nin məlumatına görə, ölkədə məişət avadanlıqlarının alınması üçün istehlak kreditlərinin orta illik faiz dərəcəsi 21% təşkil edir. Son bir ildə bu kreditlər üzrə faizlər 2% aşağı düşıb – 2020-ci ilin sonunda 23% idi.
Mənzillərin təmiri üçün verilən istehlak kreditlərinin faiz dərəcəsi də 21% təşkil edir. Bir əvvəllə müqayisədə bu kreditlərin faizləri daha – 3% enib, 2020-ci ilin sonunda 24% idi.
Avtomobil kreditlərin faiz dərəcəsi isə son bir ildə 2% azalaraq 19%-dən 17%-ə enib.
Araşdırma göstərir ki, istehla kreditləri arasında ən yüksək faizi olanlar kredit kartları vasitə ayrılan kreditlərdir. Belə kreditlər orta hesabla illik 25%-lə ayrılır. Maraqlıdır ki, son bir ildə digər istehla kreditlərinin faiz dərəcələri aşağı düşsə də, kredit kartları ilə verilən kreditlərin faizi yüksəlib – 2020-ci ilin sonunda bu rəqəm 24% təşkil edirdi.
Digər istehla kreditlərinin faiz dərəcəsi 21% təşkil edir, 2020-nin sonunda bu göstərici 23% təşkil etmişdi.
Son bir ildə dollarla verilən kreditlərdə də bahalaşma müşahidə edilir.
2020-ci ilin sonunda dollarla olan kredit kartlarında kreditlər illik 3%-lə verildiyi halda, hazırda bu göstərici 7% təşkil edir.