Azərbaycanda bank kartlarının sayı son ayda artaraq 10 mln. ədəddən bir qədər də uzaqlaşıb.
Eləcə də bax: Azərbaycanda nağdsız əməliyyatlarda böyük artım - 8 AYDA 6 MİLYARD MANATI AŞDI
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı bildirir.
Bank kartlarının sayı son ayda 117 min ədəd, yaxud 1.15% artımla 10 milyon 256 min ədədə çatıb.
Bu kartların 3 milyon 402 min ədədi (aylıq: 0.21% azalma) sosial kartlar, 2 milyon 597 min ədədi (0.15% azalma), 2 milyon 983 min ədədi (3.43% artım) digər kartlar və 1 milyon 275 min ədədi isə (2.49% artım) kredit kartları təşkil etmişdir.