2022-ci ilin may ayında Azərbaycanda ödəniş kartları ilə nağdsız ödənişlərin həcmi 1 milyard 810 milyon manat təşkil edib.
Eləcə də bax: ABA sədri: "Azərbaycanda nağdsız əməliyyatların həcmi 6 milyard manata çatıb"
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, ilə nağdsız ödənişlərin həcmi aprel ayı ilə müqayisədə (1 milyard 659 milyon manat) 151 milyon manat və ya 9,1% artıb.
2022-ci ilin ilk 5 ayında ödəniş kartları ilə ölkə daxilində nağdsız ödənişlərin həcmi 7 milyard 842 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. 2021-ci ilin ilk 5 ayında ölkə daxilində nağdsız ödənişlərin həcmi 3 milyard 497 milyon manat təşkil etmişdi.
Xüsusilə, elektron ticarət vasitəsilə ödənişlərin həcmində artım müşahidə edilr. 2022-ci ilin yanvar-may dövründə ATM-lər ilə 11 milyon manatlıq, POS-terminallar ilə 2 milyard 10 milyon manatlıq, elektron ticarət vasitəsilə 5 milyard 821 milyon mantlıq nağdsız ödənişlər aparılıb. 2021-ci ilin eyni dövründə ATM-lər ilə 19 milyon manatlıq, POS- terminallar ilə 1 milyard 437 milyon manatlıq, elektron ticarət vasitəsilə 2 milyard 41 milyon manat nağdsız ödənişlər həyata keçirilmişdi. Göründüyü kimi, elektron ticarət vasitəsilə nağdsız ödənişlər 2,9 dəfə artıb.
May ayında nağdsız ödənişlər elektron ticarət vasitəsilə 1 milyard 373 milyon manat təşkil edib ki, bu da indiyədək qeydə alınmış ən yüksək aylıq həcmdir. (Marja)