Bank-maliyyə sektoru son onillikdə böyük transformasiya keçib.
Eləcə də bax: Mərkəzi Bankın sədri bankların nağdsız ödəniş tariflərini - NƏZARƏTƏ GÖTÜRDÜ
FED.az xəbər verir ki, bunu "Fintex Summit" Maliyyə və Texnologiyalar Sərgisində çıxış edən Azərbaycan Banklar Assosasiyasının (ABA) sədri Zakir Nuriyev deyib. O bildirib ki, ünsiyyətin məhdudlaşdırılmasına səbəb olan pandemiya burda əsas rol oynayıb, insanların bank xidmətlərinə olan ehtiyaclarının ödənilməsi üçün rəqəmsal platformalara keçid prosesini sürətləndirib. 2022-ci ildə də bu proses davam edir və qlobal miqyasda bankçılıq yeni dövrə keçir.
Onun sözlərinə görə, cari ilin ilk dörd ayında ölkədə bank hesabları üzərindən ödənişlərin 69%-i elektron daşıyıcılar üzərindən həyata keçirilib. Ötən ilin eyni dövrünə nisbətən bu aktivliyin 7% artması deməkdir.
Zakir Nuriyev əlavə edib ki, pandemiyadan əvvəl Azərbaycanda bir il ərzində 2019-cü ildə aparılan nağdsız əməliyyatların həcmi 4.5 milyard manat təşkil edirdisə, artıq cari ilin 4 ayında bu rəqəm 6 milyard manata çatıb.
2022-ci ilin yanvar-aprel aylarında ölkədaxili kartlarla aparılan əməliyyatların say baxımından 75%-i, həcm baxımından 40%-i nağdsız hesablamaların payına düşüb. (Apa)