Cari ilin fevral ayında Azərbaycan əhalisi tərəfindən bank kartları ilə elektron ticarət (e-ticarət) şəbəkəsində 1 milyard 16 milyon manat həcmində ödəniş həyata keçirilib.
Eləcə də bax: Azərbaycanda nağdsız ödənişlərin həcmi - 3 DƏFƏYƏDƏK ARTIB
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında aparılan hesablamalara görə, bu, yanvar ayı ilə müqayisədə 10,5%, ötən ilin fevral ayı ilə müqayisədə 2,7 dəfə çoxdur.
Qeyd edək ki, 2021-ci ildə əhali e-ticarət şəbəkəsində 7 milyard 208 milyon manat həcmində ödənişlər həyata keçirib, bu da 2020-ci illə müqayisədə 86% çoxdur.
(Apa)