«Azərbaycan manatı ABŞ dollarına qarşı mövqeyini qoruyacaq».
“S&P" Reytinq Agentliyi Azərbaycanla bağlı proqnozu - "Mənfi"yə Endirdi
FED.az xəbər verir ki, bu barədə «S&P Global Ratings» beynəlxalq reytinq agentliyinin açıqlamasında bidirilir.
«Hazırda Azərbaycan banklarının kredit portfelinin dollarlaşma səviyyəsi 32% təşkil etdiyini nəzərə alındığında, maliyyə sektorunun sabitliyinə yönələn risklər Azərbaycanın valyuta məzənnəsi rejiminə qarşı təziqləri artıra bilər»-deyə Agentlik bildirib.
Açıqlamada həmçininqeyd olunur ki, «faktiki olaraq Azərbaycan manatının ABŞ dollarına qarşı mövqeyini qoruyacağını proqnozlaşdırırıq. Ancaq, dəyişkən neft qiyməti mühiti və Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutalarının ucuzlaşması fonunda manat təzyiq altında qalır» (Report).