Azərbaycan Mərkəzi Bankı (AMB) Bakı şəhərində özəl valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməsinə dair mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.
AMB-dan FED.az-a verilən məlumata görə, hazırda yalnız banklar və onların filialları, eləcə də “Azərpoçt” MMC-nin filial və şöbələri valyuta mübadiləsi fəaliyyəti hüququna malikdirlər.
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq digər hüquqi və fiziki şəxslərə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməmişdir. Əgər yuxarıda qeyd olunan təşkilatlardan başqa hər hansısa hüquqi və fiziki şəxs belə fəaliyyətlə məşğul olarsa bu qanunsuzdur.
AMB Media nümayəndələrinə tşvsiyə edib ki, qanunsuz valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olma hallarının qarşısının alınmasına ictimai dəstək göstərmək üçün, belə faktlarla rastlaşarlarsa dəqiq ünvan göstərsinlər.