2023-cü ili birinci yarısında Dövlət Sosial Müdafiə Fondu (DSMF) qarşısında biznes subyektlərinin məcburi sosial sığorta üzrə ayırmaları 8,2% - 230,9 milyon manatadək artıb.
2024-cü ildə 230 investisiya layihəsinin maliyyələşdirilməsinə 2,2 milyard manat ayrılacaq
FED.az xəbər verir ki, Hesablama Palatasının DSMF-nin 2024-cü il büdcəsi layihəsi üzrə rəyinə əsasən, 2023-cü ilin irinci yarısında büdcə təşkilatlarının məcburi sosial sığorta ayırmaları üzrə borcu 18,9% - 5 milyon 499,2 min manatadək azalıb, baxmayaraq ki, büdcədənkənar təşkilatların borcları 9,1% - 225 milyon 442 min manatadək artıb.
Eyni zamanda, 1 iyul 2023-cü il tarixinə biznes subyektləri tərəfindən məcburi sosial sığorta üzrə əlavə köçürülmüş ödənişlər 37,4 milyon manat (yanvar-iyun aylarında artım 1,6%) səviyyəsində qiymətləndirilir. Xüsusilə, büdcə təşkilatarı üzrə ödənişlər 13 milyon 157.6 min manat (artım 24,6%), büdcədənkənar təşkiatlar üzrə - 24 milyon 229,4 min manat (azalma 7,6%) səviyyəsində qiymətləndirilir. (İnrefaks-Azərbaycan)