Azərbaycanda biznes kreditləri əsasən mikro və kiçik sahibkarlığın hesabına artır.
FED.az Mərkəzi Bankın "Biznes portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsü barədə" statistikasına istinadən xəbər verir ki, 2023-cü ilin iyul ayının sonu ilə müqayisədə avqust ayında mikro sahibkarlığa verilən kreditlər 89 milyon manat artaraq 2 milyard 296,5 milyon manata, kiçik sahibkarlığa verilən kreditlər isə 58,2 milyon manat artaraq 1 milyard 721 milyon manata çatıb.
Həmçinin avqustda iri sahibkarlığa verilən kreditlər 3,4 milyon manat artaraq 5 milyard 311,4 milyon manata, orta sahibkarlığa verilən kreditlər isə 48,5 milyon manat artaraq 2 milyard 492,8 min manata yüksəlib.
Avqustda cəmi biznes kreditlərindəki 199,1 milyon manatlıq artımın 74%-i və ya 147,2 milyon manatı mikro və orta sahibkarlığa verilən kreditlərin hesabına olub. (Marja)