Cari ilin avqust ayında Azərbaycan manatının real effektiv məzənnəsi 122,1 bənd təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu da cari ilin iyul ayı ilə müqayisədə 0,3 bənd (0,2%) azdır.
İyul ayında manat nominal effektiv məzənnəsi 122,4 bənd təşkil edib.
İllik müqayisədə nominal effektiv məzənnə isə 3 bənd (2,5%) artıb.
Qeyri-neft sektoru üzrə məzənnə avqust ayında 121,4 bənd təşkil edib ki, bu da aylıq müqayisədə 14,2 bənd (13,2%) illik, 28,3 bənd (20,5%) çoxdur.
Qeyri-neft sektoru üzrə məzənnə iyul ayında 122,1 bənd, ötən ilin avqust ayında 107,5 bənd təşkil edib.