Azərbaycanın dövlət qurumları arasında ən çox birmənbədən satınalma edənlər açıqlanıb.
Dövlət qurumları pulu necə xərcləyir - tender, yoxsa bir mənbədən satınalma? - PALATA AÇIQLADI
FED.az Hesablampa Palatasına istinadən xəbər verir ki, 2022-ci ildə ölkədə bir mənbədən satınalmalar azalıb, müsabiqə əsaslı (yəni tender, kotirovka və təkliflər sorğusu) üsulu ilə satınalmalar artıb. Nəticədə ümumi satınalmalarda bir mənbədən satınalmaların payı 56%-dən 33%-ə enib.
Bununla yanaşı, bəzi qurumlarda bir mənbədən satınalmaların payı çox yüksəkdir.
«Ayrı-ayrı qurumların satınalma ilə bağlı təqdim etdikləri məlumatların seçmə qaydada təhlili göstərir ki, bəzi qurumların ümumi satınalma məbləğində bir mənbədən satınalmaların payı daha çox olmuşdur»-deyə Palata bildirir.
Cəmi satınalma məbləğində bir mənbədən satınalmanın payının əhəmiyyətli olduğu (65%-dən çox) qurumlar (seçmə qaydada), mln. manatla
|
Qurumlar |
Xüsusi çəkisi, % |
|
Azəbaycan Respublikası Audiovizual Şurası |
68,5 |
|
Mədəniyyət Nazirliyi |
78,8 |
|
Akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu |
87,5 |
|
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi |
81,8 |
|
Kənd Təsərrüfatı Nazirliyi |
75,7 |
|
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzi |
74,5 |
|
Aqrar Sığorta Fondu |
84,6 |
|
Azərbaycan Respublikasının Kosmik Agentliyi |
75,8 |
|
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti |
95,8 |
Cədvəl aidiyyəti qurumların məlumatları əsasında Hesablama Palatası tərəfindən tərtib edilmişdir.












