2022-ci ildə Azərbaycanda dövlət satınalmalarında istifadə olunan üsullar və məbləğlər dəyişib.
FED.az Hesablama Palatasına istinadən xəbər verir ki, ötən il dövlət qurumlarının satınalmalarında say baxımından bir mənbədən satınalma metodu, məbləğ baxımından açıq tender (elektron daxil olmaqla) əhəmiyyətli çəkiyə malik olmub.
Eyni zamanda müsabiqə əsaslı satınalma metodlarına (tender, kotirovka, təkliflər sorğusu) cəlb edilmiş məbləğdə əvvəlki illə müqayisədə artım, bir mənbədən satınalma üzrə isə əksinə azalma müşahidə edilib.
Satınalmaların sayı baxımından 2022-ci ildə satınalmalar arasında bir mənbədən satınalma metodu 35,4%, açıq tender (elektron tenderlər də daxil olmaqla) 33,6%, kotirovka sorğusu 27,0%, təkliflər sorğusu 4,0% paya malik olub.
Məbləğ baxımından isə satınalmada açıq tender (elektron tenderlər də daxil olmaqla) ümumi məbləğdə 50,6%, bir mənbədən satınalma metodu 33,6%, təkliflər sorğusu 14,8%, kotirovka sorğusu 1,0% paya malik olub.
2020-2022-ci illərdə keçirilmiş satınalmalar barədə icmal məlumat, mln. manatla
Satınalmanın növü |
2020-ci il |
2021-ci il |
2022-ci il |
|||
Sayı |
Məbləğ (milyon manat) |
Sayı |
Məbləğ (milyon manat) |
Sayı |
Məbləğ (milyon manat) |
|
Cəmi |
9203 |
6567,2 |
12129 |
6011,7 |
12102 |
6779,2 |
Açıq tender (Elektron açıq tender daxil olmaqla ) |
2414 |
2 152,9 (32,8%) |
3 072 |
1 818,6 (30,2%) |
4 063 |
3 430,6 (50,6%) |
Kotirovka sorğusu |
5161 |
111,5 (1,7%) |
5039 |
101,9 (1,7%) |
3271 |
67,9 (1%) |
Təkliflər sorğusu |
201 |
1 236,1 (18,8%) |
524 |
725,5 (12,1%) |
490 |
1 002,2 (14,8%) |
Bir mənbədən satınalma |
1427 |
3 066,7 (46,7%) |
3494 |
3 365,7 (56%) |
4278 |
2 278,5 (33,6%) |
Cədvəl müvafiq məlumatlar əsasında Hesablama Palatası tərəfindən hazırlanmışdır.