2021-ci ilin yanvar ayında Azərbaycanda banklar tərəfindən 2 740 bankomat quraşdırılıb ki, bu da 2020-ci ilin müvafiq dövrünə nisbətən 3% çoxdur.
Eləcə də bax: Şirkətlərin bank hesablarındakı pulları yanvarda - Azalıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı bildirir.
2020-ci ilin dekabrında isə cəmi bankomatların sayı 2 715 olub. Belə ki, aylıq müqayisədə 25 yeni bankomat quraşdırılıb.
Bakıda yanvar ayında bankomatların sayı 1 436, regionlarda isə 1 304 olub. İllik müqayisədə Bakıda bankomatların sayı 0.1% azalıb, regionlarda olan bankomatların sayı isə 7% artıb.