Azərbaycanda bankomatlar vasitəsilə nağd pulun çıxarılması əməliyyatlarının həcmində artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin okytabrın 1-nə həmin əməliyyatların həcmi 3 020 milyon manat olub.
Bu da illik müqayisədə 477 milyon (18,8%) artım deməkdir.
Belə ki, 2022-ci ilin oktyabrın 1-nə bankomatlar vasitəsilə nağd pulun çıxarılması əməliyyatlarının həcmi 2 543milyon manat olub.