Azərbaycanda bankların dollar alışı 2020-ci ilin martından bu tərəfə ən yüksək həddə çıxıb.
Eləcə də bax: Bankların əhaliyə nağd dollar satışı yüksəldi – Son Ayda 67% Artım!
Banklar tərəfindən noyabrın ilk 8 valyuta hərracında 711 milyon ABŞ dolları suveren fond ARDNF-dən alınıb. Bu da 2020-ci ildə banklar tərəfindən pandemiya səbəbindən kəskin qiymət itkisi fonunda əhalinin dollar alışına tələbin kəskin artdığı martdan bu tərəfə ən yüksək göstəricidir. Məlumat üçün bildirək ki, noyabrın son beş hərracında ardıcıl olaraq bankların dollar tələbi yüksəlib. Həmin son beş həraclarda müvafiq olaraq, 88.6 mln., 90.1 mln., 97.6 mln., 96.5 mln., 105.5 mln. dollarlıq xarici valyuta satılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, öncəki hərraclarda proqnozlaşdırıldığı kimi davam edərsə, noyabrda bankların aylıq dollar tələbi $800 milyon ətrafında olacaq.
Ayın son valyuta hərracı Mərkəzi Bankın planı üzrə gedərsə, noyabrın son iş gününə təsadüf edəcək.
Beləliklə, Dövlət Neft Fondu (ARDNF) ilin əvvəlindən indiyə qədər 5 milyard 559 milyon ABŞ dolları həcmində yerli banklar valyuta satmış olur.