Azərbaycanda hüquqi şəxs yaratmadan bizneslə məşğul olan sahibkarlara (fərdi sahibkar) verilən kreditlər artıq bir neçə aydır tarixi rekord yeniləməkdədir.
Eləcə də bax: Azərbaycanda bu il biznes kreditləri 2,4%, istehlak kreditləri isə 5,1% - Artıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının iyun ayının 1-ə olan statistik göstəricilərinə görə, fərdi sahibkarlara verilən kredit portfelinin həcmi 1 mlrd. 57 mln. manat olmuşdur (1 057 mln.).
Bu da son ayda cəmi kreditlərin 39.6 mln. manat (3.9%), son bir ildə isə 388.6 mln. manat (58.1%) artmışdır.
Fərdi sahibkarlara verilən kreditlərdə milli valyutanın payı 93.8% olmuşdur. Belə ki, 991.1 mln. manatlıq milli valyutada kreditlər verilmiş, bu da son bir ayda 4.5% artım deməkdir. Qalan hissəsi, yəni 6.2%-i isə xarici valyutadadır. Xarici valyutada olan kreditlərin həcmi illərdir azalır və artıq 65.9 mln. manat təşkil edir.