Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov ölkədə fəaliyyət göstərən bankların rəhbərləri ilə görüşərək banklararası pul bazarının aktivləşdirilməsini müzakirə edib.
Eləcə də bax: Faiz dəhlizinin parametrləri haqqında – MƏRKƏZİ BANKDAN AÇIQLAMA – TAM MƏTN
FED.az xəbər verir ki, bu barədə baş bankir "Twitter"də yazıb.
"Görüşdə yeni əməliyyat çərçivəsi, banklararası pul bazarının aktivləşdirilməsi, açıq bazar və daimi imkanlar alətlərinin işə salınması, bunlarla bağlı digər mövzuları ehtiva edən təqdimatlar ətrafında geniş müzakirələr keçirildi. Həmçinin 12-17 oktyabr tarixlərində Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantılarında iştirakımız çərçivəsində banklararası əlaqələrin inkişafı, müxbir hesabların yaradılması istiqamətində şaxələndirmənin təmin edilməsi məqsədilə keçirilmiş görüşlərin nəticələri barədə fikir mübadiləmiz oldu", - deyə o, qeyd edib.