Əmanətlərin Sığortalanması Fondunun sifarişi ilə 19 dekabr 2022-ci il tarixində saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə açıq hərrac keçiriləcək.
Bağlanmış "Dəmirbank"ın sonuncu sıradakı kreditorlarına da - PUL ÇATDI - FONDDAN AÇIQLAMA
FED.az ADİF-ə istinadən xəbər verir ki, 19 dekabr 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Royalbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır.
Daşınmaz əmlak, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 4 ünvanında yerləşən (ü/s 81.32 kv.m) 62 nömrəli mənzildir.
Daşınmaz əmlakın ilkin satış qiyməti 32000 manatdır.
Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləridir.
Ünvan Bakı şəh., Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şoşşesi 27-dir (“AVİS” aptekin arxası)